Bizi İzləyin :

Elanlar

“Mənim şəhidim” adlı tamaşa nümayiş etdirilib

  “Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Mənim şəhidim” adlı tamaşa nümayiş etdirilib. Layihə Azərbaycanın qəhrəmanlıq səlnaməsinə öz izini qoymuş aprel şəhidlərinin şücaəti və qəhrəmanlığından bəhs edən tamaşadır. Tamaşa Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, “Odlar Yurdu” Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində nümayiş olunub. Tamaşanın məqsədi – gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onlarda vətənə, dövlətə, torpağa bağlılıq hislərini artırmaq, aprel döyüşlərinin qəhrəmanlarının gənclər arasında təbliğidir. Tamaşanın rejissoru Respublikanın xalq artisti Vaqif Əsədov, ssenaristi şairə Leyla Bəyimdir.      


2019-10-16

Ətraflı >

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq TGT-lərdə silsiləvi ...

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 16 il ötür. Xalqımız dahi rəhbərin xatirəsini unutmur, onun ideyalarına böyük sədaqət nümayiş etdirir. Elə bu münasibətlə də onlarla TGT-də Heydər Əliyev anılıb və silsiləvi tədbirlər, yarışlar, təmizlik aksiyaları keçirilib. Məlumat üçün bildirək ki, Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tələbələr arası dama yarışı keçirilib. Yarışda 30-dan çox tələbə iştirak edib. Bununla yanaşı, bir çox TGT-lər Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş fakültələr arası intellektual yarışlar keçirib.  Bakı Dövlət Universitetində Tələbə Gənclər Təşkilatı Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə 12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.Tədbir Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Nicat İsmayılovun və tələbələrin H.Əliyevlə bağlı maraqlı çıxışları ilə yadda qalıb. Heydər Əliyevin anım günü ilə bağlı bir çox təhsil müəssisələrində Heydər Əliyev büstünün qarşısına güllər qoyulub sonra, əl işlərindən ibarət rəsm sərgiləri keçirilib. Dövlət Gömrük Komitəsinin Akademiyasında müasir Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Öncə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Akademiyanın Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Araz Aslanlı və Hüquqşünaslıq ixtisasının 4-cü kurs tələbəsi Fidan Camalzadənin Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan məruzələri dinlənilib. Çıxışlarda ölkəmizin inkişafında qazanılan bütün nailiyyətlərin Heydər Əliyev siyasətinin bəhrəsi olduğu bildirilib, ulu öndərin tarixdəki müstəsna rolundan bəhs edilib. Daha sonra tələbələrin ifasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan şeir və mahnılar səsləndirilib. Bir çox TGT-lər isə təhsil müəssisələrinin yerləşdiyi rayonlardakı H.Əliyev mərkəzlərini ziyarət edib, ulu öndərin həyat yolu ilə tanış olublar.      


2019-12-13

Ətraflı >

TGT-lərdə bu həftə! - 25.11.2018

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Tələbə Gənclər Təşkilatı və AӘSMA TGT İntellektual Oyunlar klubunun təşәbbüsü ilə "Nə?,Harada?,Nə zaman?" İntellektual oyunu keçirilib. Bakı Slavyan Universitetində BSU TGT-nin təşəbbüsü ilə Tolerantlıq gününə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə Türkiyə, Çexiya, Polşa, Rusiya, Yunanıstan, Ukrayna, Belarus, Bolqarıstan ölkələrin atrebutları və həmin ölkələrə məxsus milli geyimlər tələbələr tərəfindən nümayiş etdirilib. Azərbaycan Dövlət Mədəniyyət  və İncəsənət universitetində "Breyn-Rinq" keçirilib. 1-ci yerin sahibi Kulturologiya fakültəsindən "Aristokratlar " komandası olub. Bakı Dövlət Universitetində Debat Klubu tərəfindən “Bərk məişət tullantıları yenidən emal olunmalıdır" mövzusunda keçirilən 35-ci daxili turnirinin qalibləri məlum olub. Final oyunu nəticəsində Azərbaycan bölməsi üzrə "Come back" komandası çıxıb. Həmçinin, Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib. Keçirilən növbəti yarış Coğrafiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ölkələr intellektual yarışı olub. Ümumilikdə 25 komandanın iştirak etdiyi yarışda “Olimpus” komandası qalib gəlib. Fizika fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib.  Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Nə? Harada? Nə zaman? intellektual oyunu təşkil olunub. UNEC İqtisadiyyat fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 17 Noyabr Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə fakültənin istedadlı tələbələri maraqlı proqramla çıxış etdilər. Çıxışlar tələbələr tərəfindən alqışla qarşılandı. Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 20 noyabr Ümumdünya Uşaq Hüquqları günü münasibəti ilə "Uşaq və Kitab" mövzusunda Kollecin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatlı yazıçı, şair Elxan Elatlı ilə görüş keçirilib. Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Ədəbiyyat klubu”nun təşkilatçılığı ilə Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabirə həsr olunmuş “Sabir gecəsi” adlı tədbir keçirilib. Həmçinin, Gömrük Komitəsinin Akademiyasında  Tələbə Gənclər Təşkilatı  nəzdində olan "İqtisadiyyat klubu"  tərəfindən Milli Dirçəliş gününə həsr edilmiş “İqtisadiyyat gecəsi” adlı müsabiqə keçirilib. Yarışın qalibi İqtisad Universitetinin “Six pistols” komandası olub. Sumqayıt Dövlət Universitetində 17 Noyabr Milli Dircəliş Gününə həsr olunmuş ağacəkmə aksiyası olub. Həmçinin, Universitetdə debat təlimi keçirilib. Bakı Avrasiya Universiteti Avrasiya Liderlik Akademiyası II təşkil olunub. Bu Akademiya ilk dəfə 2014-cü ildə noyabr ayında keçirilib. Akademiyada keçirilən təlimlərin mövzuları bunlardır: İdarəetmə və təşkilatlanma, nitq və natiqlik, biznes idarə edilməsi, kütlə psixologiyası, gənc diplomatlar. Bakı Humanitar Kollecində Tələbə Gənclər Təşkilatının rəhbərliyi ilə Azərbaycan Tələbə Endirim kartının təqdimatı keçirilib. Təqdimatda Azərbacan Tələbə Gənclər Təşkilatları İttifaqının informasiya-texnologiyalar ATK departementinin rəhbəri Xanım Paşayeva, Bakı Humanitar Kollecinin direktor muavini Rasim Rzaxanov və Gənclər təşkilatinın sədri Şəfiqə Hənifəyeva tələbələrin suallarını cavablandırıblar. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Türkiyəli rejissor və aktyorlarla tələbələrin görüşü keçirilib. Tələbələrin suallarını cavablandırıb,onlarla dəyərli zaman keçirən Türkiyə simaları Azərbaycanda olmaqdan mənmunluq hissi keçirdiyini də bildiriblər. Layihə iki ölkə arasında mədəni əlaqələrin kino sahəsi vasitəsilə daha da möhkəmləndirilməsi məqsədini daşıyır. Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələrin Azərbaycan Xalq Cumhuriyyəti muzeyinə ekskursiyası təşkil olunub.  Mühəndislik fakültəsinin melorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisasının birinci kurs tələbələri muzeydə “Azərbaycan Xalq Cumhuriyyəti” adlı mühazirə dinləyib, eksponatlarla tanış olub, canlı tarixin izləyicilərinə çevrilib. GDU Tələbələri arasında paintball müsabiqəsi keçirilib.  Naxçıvan Dövlət Universitetində Naxçıvan MR Ali Məhkəməsi ilə birgə "Hüquq günləri" layihəsinin açılış tədbiri olub. Azərbaycan Texniki Universitetinin Tələbə Gənclər Təşkilatının aktivistləri Qadın-uşaq sığınacağı və Uşaq sığınacağını ziyarət ediblər.    


2018-11-25

Ətraflı >

Gəncə şəhərində “Sağlamlığınızı qoruyun” layihəsi çərçivəsində tədbir keçirilib

  Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə Gəncə şəhərində “Sağlamlığınızı qoruyun” layihəsi çərçivəsində tədbir həyata keçirilib. Layihə Gəncə şəhərində yerləşən Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Gəncə Musiqi Kollecində baş tutmaqla, bir neçə təhsil müəssisəsini əhatə edib. Layihənin əsas məqsədi gənc nəslin qidalanma vəziyyətini müşahidə etməklə, sağlam qidalanmanın əhəmiyyəti barədə şagirdlər, tələbələr, müəllimlər və valideynlər arasında məlumatlandırma və maarifləndirmə xarakterli tədbirlərin təşkilindən ibarətdir. Layihə müddətində təhsil müəssisələrinin müəllim heyəti çıxış edərək tələbələrə gənclik illərində sağlam qidalanmanın mahiyyətindən bəhs edib. Daha sonra tələbələr təlimçinin izahı ilə birlikdə videoçarx izləyib və maraqlı suallar ətrafında müzakirələr edib. Bununla yanaşı tələbələrdən ibarət peşəkar idmançı və məşqçilər də öz növbəsində idmanla məşğul olmağın hər bir insanın fiziki sağlamlığında əhəmiyyətli rolundan bəhs edib.              


2019-02-20

Ətraflı >