Bizi İzləyin :

Elanlar

Bir sıra diplomatlar ATGTİ ofisində tələbələrlə görüşüb

Azərbaycanın Respublikasının Diplomatik Xidmətinin 100 illiyi çərçivəsində Xarici İşlər Nazirliyinin dəstəyi və ATGTİ-nin təşəbbüsü ilə Azərbaycanın Efiyopiyadakı səfiri Elman Abdullayevin və Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Qaya Məmmədovun tələbələrlə görüşü baş tutub. Bununla yanaşı, Uruqvayın Katolik Universitetinin Ərəb və İslam Araşdırmaları bölməsinin direktoru Susana Manqana da ATGTİ ofisində olub və tələbələrə seminar keçib.                  


2019-09-27

Ətraflı >

ATU Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyev Qazaxıstan Respublikasında təşk ...

Azərbaycan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyev Qazaxıstan Respublikasının Türkistan vilayətində Türk Konsulluğu tərəfindən təşkil olunan Türk Keneşi II Gənc Liderlər Forumu,Türk Dünyası Gənclik,Mədəniyyət və Sənət Festivalında iştirak edib. Türk Universiteti Öğrenciler Birliyinin Tələbə təmsilçilərinin iştirakı ilə toplantılar baş tutub. Təmsil olunan universitet tələbələri arasında dialoqlar baş tutub.Təmsil Universitetlər haqqında məlumat verilib. TGT sədri Rauf Vəliyev Azərbaycan Tibb Universitetində mövcud olan tələbə həyatı ,klinikalar,dərslik fondu,tədris korpusları haqqında iştirakçılara məlumat verərək bildirib ki, hazırda universitetimizin hazırlıq qruplarında 600 nəfərdən çox tələbə təhsil alır.Növbəti panellər zamanı təmsil olunan təşkilatlar haqqında məlumat verilib.Belə ki, ölkədə mövcud olan TGT-lər haqqında məlumat verilib və TGT-lərin ümumi ittifaqı olan ATGTİ-nin fəaliyyəti barədə tədbir iştirakçıları məlumatlandırılıblar Səfər çərçivəsində baş tutan Türk Konseyi II Gənc Liderləri Forumunda gələcəkdə gənclər üçün icra olunacaq ortaq layihələrdən danışılıb.Daha sonra Azərbaycan nümayəndə heyəti Hoca Əhməd Yəsəvi adına Türk-Qazax Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüblər. Səfər zamanı Türkistanda yerləşən tarixi əhəmiyyətli məkanlara gedilib və infoturlar təşkil olunub.      


2019-05-02

Ətraflı >

Noyabr ayı üzrə ən aktiv TGT-lər təltif edilib!

14.12.2019-cu il tarixində ATGTİ-nin ofisində TGT-lərin iclası baş tutub. İclasa giriş sözü ilə başlayan ATGTİ sədri Faiq Məmmədov iclas iştirakçılarını salamlayaraq onları qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib. Sonra yeni seçilən TGT sədrlərini iclas iştirakçılarına təqdim edib. Bununla yanaşı hal-hazırda seçki prosesi gedən və yaxın zamanda gedəcək təhsil müəssisələrinin siyahısı haqqında məlumat da onların diqqətinə çatdırılıb. ATGTİ-nin noyabr ayı üzrə TGT-lərin dəstəyi ilə keçirdiyi layihə və tədbirlər haqqında danışılıb və statistik məlumatlar müzakirə edilib.     İclasda aşağıdakı tədbirlər haqqında danışılıb: 1.   Tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsində Tələbə Gənclər Təşkilatlarının rolu 2.   Bayraqdar intellektual oyunu 3.   Bayraq Günü fləşmobu 4.   Azərbaycan – UELS futbol yarışı 5.   “Youth Speak” Forum 6.   Tələbələr ilə səmimi görüş-Bakı Dövlət Universiteti Faiq Məmmədov həmçinin, İttifaq daxilində edilən kadr dəyişikliyi barədə də TGT sədrlərini məlumatlandırıb. Sonda noyabr ayının ən fəal TGT-si Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, eləcə də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci seçilib. Hər iki təhsil müəssisəsinin TGT sədrləri Murad Süleymanlı və İsmayıl Ağazadə sədr tərəfindən təltif edilib.  


Ətraflı >

1 İyun Dünya Uşaqlar Günü münasibətilə Bakı Avrasiya Universitetinin Tələbə Gənclə ...

  1 İyun Dünya Uşaqlar Günü münasibətilə Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatı maraqlı təşəbbüs göstərib. Belə ki, bir uşaq 1 günlük Bakı Avrasiya Universiteti Tələbə Gənlər Təşkilatının Sədri təyin edilib. 1 günlük sədr təyin edilən balaca Gülay universitetin rektoru, prorektorları, dekanları və müəllimləri ilə görüşüb. Sonda BAAU TGT fəalları ilə görüşən Gülay TGT-nin fəaliyyəti və iş planı ilə yaxından tanış olub.              


2019-06-01

Ətraflı >

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı "BMT-i Öyrənərək Kəşf Et!" adlı la ...

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatlarının İttifaqının təşkilatçılığı ilə "BMT-i Öyrənərək Kəşf Et!" adlı layihəyə start verilir.   Beynəlxalq münasibətlərə, siyasi sistemə və BMT-in fəaliyyətinə xüsusi marağı olan gənclər üçün BMT kimi universal bir təşkilatın nümayəndələri ilə görüşmək şansı qazandırılır. ATGTİ tələbə-gəncləri universal təşkilat olan Birləşmiş Millətlər Təşkilatı üzrə gənc mütəxəssis olmağa dəvət edir.   Layihəyə iştirakçı olaraq qoşulmaq üçün ilk növbədə müraciət formasınını doldurmaq vacibdir. Uyğun kriteriyalara cavab verən tələbə-gənclər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsini uğurla keçən tələbələr layihədə iştirak etmək şansı əldə edəcəklər. Layihəyə maksimum 40 iştirakçı seçiləcək. Layihə bitdikdən sonra verilən məlumatlara əsasən imtahan təşkil olunacaq. İmtahanı müvəfəqiyyətlə verən tələbələr xüsusi mükafatlarla təltif olunacaqlar. (Misal: Layihəyə tərəfdaş olan qurumlarda təcrübə keçmək imkanı və digər xüsusi fürsətlər)   QEYD: Layihəyə iştirakçı olaraq seçilmək üçün Azərbaycan və İngilis dillərini bilmək şərtdir. Seçim prosesində dil biliklərinə üstünlük veriləcək.   Son müraciət tarixi: 13 Dekabr.   Qeydiyyatdan burada keçə bilərsiniz.


2018-12-03

Ətraflı >

"Qoşa Saat" layihəsi çərçivəsində "Rəqəmsal dövrdə kiber təhlükəsizlik" mövzusunda ...

12 iyun 2020-ci il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Beynəlxalq Bankının birgə təşkilatçılığı ilə "Qoşa Saat" layihəsi çərçivəsində vebinar keçirilib. Vebinarda Azərbaycan Beynəlxalq Bankı İdarə Heyəti sədrinin informasiya təhlükəsizliyi və İT üzrə müşaviri Murad Qurbanov "Rəqəmsal dövrdə kiber təhlükəsizlik" mövzusunda çıxış edərək kiber təhlükəsizlik karyera seçimi olaraq, mobil təhlükələr, rəqəmsallaşma haqqında vebinar iştirakçılarına məlumat vermişdir. Görüşdə iştirak edən gənclərin Azərbaycanda kibercinayətlər, İnstagram sosial şəbəkəsində şəxsi məlumatları ötürən proqramlar, ölkəmizdə kibercinayətlərlə bağlı qanun və cəzalar barədə sualları cavablandırılmışdır. Həmçinin iştirakçılara kompüterlərdən diqqətsiz və məlumatsız istifadə edərkən yarana biləcək problemlər və onlardan qaçmaqçün bəzi təhlükəsizlik tədbirlərinə əməl etməkləri məsləhət görülmüşdür. Qeyd edək ki, görüşdə 100-ə yaxın gənc iştirak edib.      


2020-06-12

Ətraflı >

Azərbaycan Gənclərinin Azərbaycan Respublikasının Prezidentinə müraciəti

Möhtərəm cənab Prezident, Cənab Ali Baş Komandan! Azərbaycanın əzəli torpaqlarının 30 ildir ki, davam edən işğalına son qoyduğunuz, 1 milyon qaçqın və məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtmaq arzusuna qovuşmağına şərait yaratdığınız üçün Azərbaycan gəncliyi adından Sizə dərin təşəkkürümüzü ifadə edirik. Azərbaycan gəncliyi Sizinlə fəxr edir, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarix yaradan rəşadətli Azərbaycan Ordusu ilə qürur duyur! Bu tarixi qələbə Ulu Öndərimizin əsasını qoyduğu və son 17 il ərzində Sizin addım-addım həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. Bu qələbə güclü iqtisadiyyat, müasir ordu quruculuğu, milli həmrəylik və beynəlxalq arenada əldə edilən uğurların nəticəsində mümkün olmuşdur. Məhz bu uğurların fonunda yetişən Azərbaycan gəncləri əsgər və zabitlər, iqtisadi fəaliyyətin müxtəlif sahələrində fəaliyyət göstərən mütəxəssislər, dövlət qulluqçuları və diplomatlar qismində Ulu Öndərin nəsihətləri və Sizin tövsiyələrinizə uyğun olaraq bu günkü qələbəmizin reallaşmasına öz töhfəsini vermək üçün əlindən gələni etmişlər. Gənclərə verdiyiniz dəstəyi və yüksək qiyməti daim əziz tutan bizlər milli maraqlarımıza sədaqətimiz və fədakar əməyimizlə vətənə olan borcumuzu ödəməkdən şərəf duyuruq. Siz axıra qədər bu münaqişəni sülh yolu ilə, qan tökülmədən həll etməyə çalışdınız, bunun üçün lazım olan hər şeyi etdiniz. Təəssüf ki, Ermənistan rəhbərliyi bu sülhsevər səylərinizi adekvat qiymətləndirməyə qadir olmadı, ölkəmizə, xalqımıza qarşı yönəldilən işğalçılıq siyasətinə son qoymadı. Amma Sizin yaratdığınız, böyük uzaqgörənliklə silahlandırdığınız Azərbaycan Ordusu komandanlığınız altında döyüş meydanında düşmənə layiq olduğu cavabı verdi, düşmən acı məğlubiyyətə uğradılaraq, sülhə məcbur edildi. Bu gün Azərbaycan dövlətinin və dövlətçiliyinin ən şanlı tarixlərindən birinə şahidlik edirik. Tarixin heç bir dönəmində milli həmrəyliyimiz, xalq coşqusu bu səviyyədə təzahür etməmişdir. Birliyimiz dəmir yumruq kimidir və bu birmənalı olaraq Sizin adınızla bağlıdır! Bizə bu günləri yaşatdığınız üçün Sizə minnətdarıq! Azərbaycan gəncliyi olaraq, Sizə inamımız tamdır. İnanırıq ki, Sizin rəhbərliyiniz altında döğma xalqımız hələ çox uğurlara imza atacaq, Ulu Öndərin dediyi kimi: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bütün fəaliyyətiniz dövründə olduğu kimi, bundan sonra da bizə həmişə inana, güvənə, arxalana bilərsiniz. Biz də gənclik olaraq, bu inamı doğrultmaq üçün bundan sonra da bütün qüvvə və bacarığımızla, təhsil və qabiliyyətimizlə Sizin sərəncamınızdayıq!      Biz Sizinlə Güclüyük! Qarabağ Azərbaycandır!


2020-11-10

Ətraflı >

Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfra ...

Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının  Baş katibi Ramin Həbibzadə, həmçinin, ADU-nun professor-müəllim heyətinin nümayəndələri və tələbələr iştirak ediblər. Konfrans zamanı ATGTİ-nin Baş katibi Ramin Həbibzadə çıxış edərək tələbələrin sosial-ictimai fəaliyyətində TGT-nin xüsusi rolunu vurğulayıblar. O, nitqinin sonunda tələbələrə təhsil və ictimai fəaliyyətdə uğurlar arzulayıb. İclasda gündəliyə uyğun olaraq ADU TGT-nin yeni sədri Tərcümə fakültəsinin tələbəsi Əzizova Məhsəti çıxış edərək fəaliyyət planı haqqında qısa məlumat verib. O, tələbələrin problem və qayğıları ilə yaxından maraqlanacağını və həlli istiqamətində çalışacağını bildirib.          


2020-03-13

Ətraflı >

Yay Fest-ə start verildi!

500 tentlik ən böyük gənclər festivalının ilk günü əyləncəli oyunlar, flashmob və party ilə yekunlaşıb. Qeyd edək ki, Festival 5 gün ərzində Şahdağ Qış-Yay Turizm Kompleksində baş tutacaq.              


2019-07-14

Ətraflı >

Ümummilli lider H.Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar ATGTİ-nin ...

  Ekskursiya zamanı TGT sədr və müavinləri Heydər Əliyevin həyat və yaradıcılığını öyrənmək məqsədilə müxtəlif istiqamətdə söhbətlər aparıb. Onlar ilk öncə H.Əliyevin katiblik və prezidentlik dövrünü əhatə edən videoçarxı izləyib. Daha sonra TGT nümayəndələri Heydər Əliyevə aid fotolarla tanış olub və onlara fotoların aid olduğu tədbirlərdəki H.Əliyevin çıxışları, nitqləri haqqında ətraflı məlumat verilib. Sonda ekskursiya iştirakçıları Bakı Gənclər Mərkəzinin önündəki Heydər Əliyevin heykəli qarşısında birgə xatirə şəkli çəkdirib.    


2019-05-09

Ətraflı >

ATGTİ sədri Faiq Məmmədov Belçikanın Brüssel şəhərində işgüzar səfərdə olub

15-18 noyabr tarixlərində ATGTİ-nin sədri Faiq Məmmədov Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Belçikanın Brüssel şəhərində keçirilən Avropa Gənclər Kartı Assosiasiyasının İdarə Heyətinin iclasında iştirak edib. İclasda Azərbaycan Tələbə Kartı ilə bağlı görülmüş işlər məruzə edilib və Avropa Gənclər Kartı Assosiasiyasının növbəti fəaliyyət müddəti üçün strateji plan müzakirə edilib. İclasda kartın Avropa ərazisində istifadəsi ilə əlaqədar bir çox vacib məsələlər müzakirə olunub. Bildirək ki, hal-hazırda Avropa üzrə 7 milyona yaxın gənc kartdan istifadə edir. Kart Avropanın 36 ölkəsində, həmçinin Azərbaycanda fəaliyyət göstərir. 2012-ci ildən Azərbaycanda da fəaliyyət göstərən Azərbaycan Tələbə Kartı tələbələrə sosial güzəştlərin tətbiq edilməsi məqsədilə bir sıra güzəştlər təklif edir. Azərbaycan Tələbə Kartının Avropa Gənclər kartı ilə birgə buraxılması Azərbaycan tələbələri üçün ölkə ərazisində 200-dən çox, eləcə də Avropanın 30-dan çox ölkəsində 80.000-dən artıq müəssisədən, kafe və restoranlardan, otellərdən, internet klublardan və s.dən güzəştlərlə istifadə etmək imkanını verir. Məlumat üçün bildirək ki, Azərbaycan Tələbə kartının əməkdaşlıq etdiyi Avropa Gənclər Kartı Assosiasiyası 1991-ci ildə gənclərin Gənclər Kartından istifadəsini sürətləndirmək məqsədilə Avropa Şurası ilə saziş imzalamış, 1995-ci ildən isə Avropa Komissiyası müvafiq prosesi dəstəkləməyə başlamışdır. Onu da qeyd edək ki, Faiq Məmmədov 2017-ci ildən etibarən Avropa Gənclər Kartı Assosiasiyasının 9 nəfərdən ibarət olan idarə heyətinin  ən gənc və ilk Azərbaycanlı üzvüdür.  


2019-11-27

Ətraflı >

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Təl ...

  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib. Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndələri, Dövlət İdarəçilik Akademiyasının Gənclərlə İş üzrə məsul şəxsi Zaur Məmmədov, DİA TGT-nin klub sədrləri və tələbələr iştirak edib.  Konfrans zamanı Zaur Məmmədov çıxış edərək tələbələrin hüquqlarının müdafiəsi, sosial-ictimai fəaliyyətinin təşkilində TGT-nin xüsusi əhəmiyyətini vurğulayıb. Daha sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi Sitarə Cavadova çıxışı zamanı tələbələrə TGT-nin fəaliyyətində yaxından iştirak etməyi tövsiyə edib. İclasın gündəliyinə uyğun olaraq DİA TGT-nin keçmiş idarə heyətinin üzvü Aysel Cəfərova fəaliyyəti ərzində görülən işlər, keçirilən tədbirlər barədə hesabatla çıxış edib. Daha sonra DİA TGT-nin yeni sədri, İnzibati İdarəetmə fakültəsinin tələbəsi Murad Həsənxanlı çıxış edərək, ona göstərilən etimadı doğruldacağını qeyd edərək görülməsi nəzərdə tutulan işlər barədə qısa məlumat verib.      


2020-03-06

Ətraflı >

"Bakı - 2019" Tələbələrin Bilik Olimpiadasına start verilir!

Əziz tələbələr, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, ATGTİ-nin təşkilatçılığı ilə "Bakı - 2019" Tələbələrin Bilik Olimpiadasına start verilir! Olimpiada 7 istiqamət üzrə təşkil ediləcək. İstiqamətlərə müvafiq olaraq İngilis dili, Tarix, Coğrafiya, Fizika, İlkin tibbi yardım, Psixologiya və Ədəbiyyat aiddir. Hər istiqamət üzrə təşkil ediləcək olimpiadada 100 nəfər iştirak edəcək və ilk üç yerin qalibi diplomla mükafatlandırılacaq. Hər bir sahə 50 sualdan ibarət olacaq. Əgər biliyinizə güvənirsinizsə, qeydiyyatdan keçin və müsabiqəyə qoşulun. Qeydiyyat linki: https://docs.google.com/forms/d/1hL7adv11AOHc5kwDs4Mx8fhjpFiIn70BakLFofAfRrM/edit?ts=5dfa2765 Qeyd: Olimpiadanın keçiriləcəyi məkan və tarix barədə əvvəlcədən iştirakçılara məlumat veriləcək.  


2019-12-19

Ətraflı >

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Ermənistan silahlı qüvvələri tə ...

Üzr istəyirik, bu məzmun Azərbaycan dilində deyil. Bu səhifənin rus və ya ingilis versiyalarına baxmaq üçün cəhd edə bilərsiniz.


2020-10-28

Ətraflı >

Yay Fest iştirakçıları Şahdağa yola düşüb

500 nəfərdən ibarət iştirakçı heyəti Azərbaycanda ilk dəfə keçirilən "Yay Fest-Gənclər Festivalı"-da iştirak etmək üçün Şahdağa yola düşüb. 2 Mərhələli müsabiqə prosesindən uğurla keçən iştirakçılar 5 gün ərzində festivalda iştirak edəcək.                


2019-07-14

Ətraflı >